Rumıniyada NATO-nun tank təlimləri başlayıb.

Bu barədə Rumıniya Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Manevrlərin əsas məqsədi NATO-nun cənub-şərq cinahında həyata keçirdiyi Kollektiv Müdafiə əməliyyatı çərçivəsində döyüş qrupunun şəxsi heyətinin çevik hərəkət və qondarma ssenari üzrə döyüş tapşırıqlarını yerinə yetirmək bacarığını inkişaf etdirməkdən ibarət olacaq.

Əsas zərbə qüvvəsi olan “Leclerc” tanklarının ekipajları canlı atışlar həyata keçirəcək.