İqtisadiyyat.az xəbər verir ki, bu barədə “De Telegraaf” qəzeti mənbələrə istinadən yazıb.
Nəşrin yazdığına əsasən, NATO-nun baş katibi Mark Donald Trampı görmək üçün Floridaya Niderland hökumətinin təyyarəsi ilə uçub. Çünki NATO-nun yüksək səviyyəli rəhbərləri öz aviasiyasına malik deyil.
Buna görə də alyans mütəmadi olaraq müttəfiqlərindən təyyarə icarəyə götürür. Uçuşun xərclərini NATO ödəyir.
Bildirilir ki, Rutte Trampla görüşü zamanı onu Ukrayna münaqişəsinin həllində Rusiyaya boyun əyməməyə çağıracaq.