Ukraynada müharibə başlayandan bu yana NATO üzvü olan ölkələr Ukraynaya 120 milyar dollarlıq maliyyə, humanitar və hərbi yardım ediblər.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı NATO-nun baş katibi Yens Stoltenberq açıqlama yayıb. 

Onun sözlərinə görə, dəstəyin böyük miqdarını ABŞ, Avropa ölkələri və Kanada edib. 

Stoltenberq həmçinin bildirib ki, Avropa ölkələri Ukraynadan 5 milyon qaçqın qəbul ediblər.