"İsveçdə Quranın yandırılması qanunsuz deyil, Türkiyə ilə bu ölkənin NATO-ya qəbulu ilə bağlı danışıqlar davam etdiriləcək".

İqtisadiyyat.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq cümə axşamı Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

"Mən bunun (Quranın yandırılmasının - red.) səbəb olduğu duyğuları və hisslərin dərinliyini başa düşürəm. Hərəkətlər təhqiramiz və etiraz edicidir, lakin suveren hüquq sistemində mütləq qanunsuz deyil. Bu hərəkətləri dəstəkləmirəm, amma bu, onların suveren haqqıdır. Mənim üçün vacib olan odur ki, İsveçin alyansa qoşulmasının yekunlaşdırılmasında irəliləyiş əldə etməliyik. Mənim mesajım İsveçin bütün öhdəliklərini, o cümlədən İsveç, Türkiyə və Finlandiyanın keçən il Madriddə keçirilən NATO sammitində razılaşdıqları öhdəlikləri yerinə yetirməsidir”, - Stoltenberq qeyd edib.