ABŞ Aviasiya və Kosmik Agentliyi (NASA) Günəşin müdaxiləsi səbəbindən Mars orbitindəki peyklərinə və təxminən iki həftədir səthdə araşdırma aparan "Perseverance" və "Curiosity" roverlərinə komanda siqnalı göndərə bilmir.

Bu barədə İqtisadiyyat.az "CNN"ə istinadən xəbər verir.

Məlumata görə, Günəşin Mars və Yer orbitləri arasına girdiyi zaman iki ildən bir baş verən təxminən 2 həftəlik rabitə kəsintisi noyabrın 11-də başlayıb və noyabrın 25-dək davam edəcək. Bu hadisə NASA-nın Marsdakı kəşfiyyat vasitələri ilə əlaqə saxlamaq üçün göndərdiyi radio siqnallarını pozub.

 

Gözəl Həşimova