Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidməti Alayının XI Taqımının əməkdaşları tərəfindən “Toyota” markalı, 01-CX-419 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Rauf Hüseynov saxlanılıb.

Bu barədə BDYPİ-dən məlumat verilib.

Bildirilib ki, sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub.

Müayinə zamanı R.Hüseynovun narkotik maddə qəbul etməsi müəyyən edilib.

R.Hüseynovun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə R.Hüseynov 5 gün müddətində inzibati qaydada həbs edilib.