“Napoleon” tarixi filminin ilk treyleri yayımlanıb. Videonu Apple TV+ axın xidmətinin YouTube kanalında görmək olar.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, filmin rejissoru Ridley Scott, ssenari müəllifi Devid Skarpadır. Filmdə baş rolları Joaquin Phoenix, Vanessa Kirby və Tahar Rahim ifa ediblər. Film fransız zabiti Napoleon Bonapartın şöhrət və gücə yüksəlməsindən bəhs edir.

Filmin çəkilişlərinə 2022-ci ilin yanvarında başlanılıb. Filmin dünya premyerası noyabrın 22-də baş tutacaq. Film kinoteatrlara buraxıldıqdan sonra Apple TV+-da nümayiş olunacaq.

İyun ayında Warner Bros. “Pictures” fransız-kanadalı rejissor Denis Vilnevin “Dun: İkinci hissə” filminin davamı üçün ikinci treylerini yayımlayıb.