Ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi bankı məlumat yayımlayıb. 

Məlumata görə, 2022-ci ilin oktyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2306.5 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 1757 mln. manatı elektron ticarətin payına düşür.

Qalan məbləğin 546 mln. manatı POS-terminallar, 2.5 mln. manatı isə ödəniş terminallarının vasitəsilə gerçəkləşdirilmişdir. Oktyabr ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 44.4%- ni təşkil edib.