Aprelin 15-də saat 10:00-dan 19:00-a kimi Şərq Bazarında yerli sahibkarlığa dəstək məqsədilə forum həyata keçirilir.

“Nabat Talks Biznes Forumu” expo-da məhsul və xidmətlərin təqdimatı, əl işləri yarmarkası, eləcə də təcrübələri biznesinizdə çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək təcrübəli sahibkarların çıxışlarıdır! Tədbir iştirakçıları biznes sahələri ilə daha yaxından tanış olmaq və potensial əməkdaşlıqları müzakirə etmək imkanı əldə edəcəklər.

Tədbir günü ərzində Forum iştirakçıları üçün DEVELOR beynəlxalq konsaltinq şirkəti tərəfindən ödənişsiz təlimlər təşkil olunacaq. Təlimdə iştirak etmək üçün buradan qeydiyyatdan keçməlisiniz.

Forum aşağıdakı sahələri əhatə edəcək: texnologiya və təhsil, turizm, qida, marketinq, hüquq, moda, estetika və bir çox başqa sahələr.

Forumun təşkilatçısı Alpha-Omegadır. www.alpha-omega.az

Alpha-Omega bir sıra irimiqyaslı korporativ tədbirlərin təşkilatçısı və sahibkarların yeni faydalı biznes əlaqələri qura biləcəyi Nabat Talks  netvorkinq platformasının yaradıcısıdır.

Forumun məruzəçiləri arasında: Afət Əhmədova - ZIRA Natural & Gourmet-in təsisçisi və direktoru, Ceyhun Əli - iş adamı, teleaparıcı, spiker, Vahid Mürsəliyev Azərbaycanın aparıcı mobil operatoru Azercell MMC-nin prezidenti və digər uğurlu iş adamları var.

Nabat Talks Forumunun texnoloji tərəfdaşı bütün dünyada fərdi kompüterlər, monitorlar, mobil qurğular, biznes üçün infrastruktur həlləri, proqram təminatı, xidmətlər və digər xidmətlər üzrə dünyanın aparıcı istehsalçısı Lenovo şirkətidir.

Tədbirin digər sponsoru MDB məkanında onlayn təhsil bazarında lider olan Skillbox şirkətidir. Platforma İT və Rəqəmsal sahədə ən çox tələb olunan peşələr üçün 450-dən çox kurs təqdim edir. Təlimdən əlavə Skillbox məşğulluğa köməklik göstərir.

Tədbirin sponsoru həm də turizm sahəsində lider olan Pasha Travel şirkətidir. Pasha Travel müştəriləri üçün fərdi səyahət təcrübələri yaratmaqda ixtisaslaşmış turizm agentliyidir. Ekzotik məkanlardan mədəni təcrübələrə və dəbdəbəli istirahətə qədər Pasha Travel unikal maraqlarınıza və seçimlərinizə cavab verən geniş səyahət variantları təklif edir.

Forumun informasiya dəstəyi Azərbaycanın iqtisadi, sosial, siyasi, bank işi, fond, sığorta, sənaye və digər sahələrdə aparıcı saytlarından biri olan https://iqtisadiyyat.az saytıdır.

Forumun əsas tərəfdaşlarından biri KOBİA sahibkarlara və kiçik bizneslərə uğur qazanmağa kömək etmək üçün nəzərdə tutulmuş geniş çeşidli xidmətlər və resurslar təklif edən biznesin inkişafı mərkəzidir.

KOBİA biznes konsaltinqi və təlimindən tutmuş maliyyələşdirmə və şəbəkə imkanlarına çıxışa qədər biznesinizi yüksək səviyyəyə qaldırmağınıza kömək edə biləcək hərtərəfli dəstək sistemi təqdim edir.

Başqa bir tərəfdaşımız ASK-dir. ASK Azərbaycan Respublikasında İşəgötürənlərin ictimai birliyi olub, özündə 6000-dən çox sahibkarlıq subyektini, o cümlədən 70-ə qədər iqtisadi və sosial yönümlü assosiasiya və ittifaqı birləşdirir.

ASK Beynəlxalq İşəgötürənlər Təşkilatının, Ümumdünya QHT Assosiasiyasının, Beynəlxalq Sənayeçilər və Sahibkarlıq Konqresinin üzvüdür.

Ümumilikdə Forum 3000 mindən çox iştirakçını qəbul etməyə hazırlaşır.

Forumda iştirak etmək üçün bu linkə daxil olun: https://alpha-omega.az/ru/nabat-talks/forum/

Layihə koordinatoru üçün əlaqə nömrəsi: +994 51 758 51 33