Əmək müqaviləsi əsasında işçinin əldə etdiyi gəlirlər muzdlu işlə əlaqədar əldə olunan gəlirlər sayılır. Bu gəlirlərə görə verginin hesablanması qaydasını iqtisadçı ekspert Radil Fətullayev izah edir.

Vergi Məcəlləsinə görə muzdlu işlə əlaqədar əldə olunan gəlirlər üçün verginin hesablanması 2019-cu ilin yanvar ayından iki istiqamət üzrə hesablanmaqdadır:

Qeyri-neft-qaz və qeyri-dövlət sektoru üçün cəlb edilən işçilərin gəlir vergisinin hesablanması sistemi;
• Neft-qaz və dövlət sektoru üçün cəlb edilən işçilərin gəlir vergisinin hesablanması sistemi.

 

 

 

 

 

Əmək müqaviləsi üzrə çalışan işçilərin gəlirlərindən

verginin hesablanması qaydası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Qeyri-neft-qaz və qeyri-dövlət sektoru üçün gəlir vergisinin hesablanması

 

 

Neft-qaz və dövlət sektoru üçün gəlir vergisinin hesablanması

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

8000 manata qədər məbləğ

7 il müddətinə gəlir vergisindən azaddır

 

 

8000 manatdan yuxarı məbləğin 14%-i miqdarında gəlir vergisinə cəlb olunur

 

 

 

2500 manata qədər 200 manat çıxılmaqla 14% vergiyə cəlb olunur

 

 

2500 manatdan artıq olduqda 350+artıq məbləğin 25%-i miqdarında vergiyə cəlb olunur

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur:

 

Vergiyə cəlb edilən aylıq gəlir

 

Verginindərəcəsi

8000 manatadək

0 faiz

8000 manatdan çox olduqda

8000 manatdan çox olan məbləğin 14 faizi

İki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir işyerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir. Onu da qeyd edək ki, nəzərdə tutulan güzəştlər əsas iş yerinə aiddir. Əlavə iş yerində hesablama güzəştlər tətbiq edilmədən aparılmalıdır.

Qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin (ƏDV ödəyicisi) vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur.