“Can Azərbaycanla ortaq dərdimiz olan 20 Yanvar faciəsindən 33 il keçir”.

Bu fikirləri Türkiyə Parlamentinin spikeri Mustafa Şəntop tviterdə yazıb.

“Qardaş Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan, işğala məhkum edilməyə çalışılan 20 Yanvar şəhidlərini rəhmətlə yad edirəm. Allah bizləri bir daha belə əzablara məruz qoymasın”, - o bildirib.