"Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təlimi ərəfəsində Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin komando bölmələri xüsusi tapşırıqların icrasını məşq ediblər.
Bu barədə İqtisadiyyat.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Plana uyğun olaraq əməliyyat rayonunun dərinliyinə sızan komandolar şərti düşmənin diversiya qrupunun yaşayış məntəqələrində yerləşən müvəqqəti sığınacaqlarının müəyyən edilməsi və mühasirəyə alınaraq zərərsizləşdirilməsi üzrə tapşırıqları uğurla yerinə yetiriblər.
Qeyd edək ki, Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş birgə taktiki təlim 23-25 oktyabr tarixlərində Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilərimiz də daxil olmaqla bir neçə istiqamətdə keçiriləcək.