Barselona” Vitor Rokenin transferindən sonra daha bir futbolçunu heyətinə qatmağa hazırlaşır.

İqtisadiyyat.az xəbər verir ki, İspaniya təmsilçisi 17 yaşlı Lukas Berqvaylın keçidini həll etmək üzrədir.

Millimizin üzvü Musa Qurbanlının da çıxış etdiyi “Yurqorden”in pleymeykeri uğrunda mübarizədə katalonlar “Mançester Siti”ni qabaqlamağı bacarıblar. Futbolçunun özü məhz “Barselona”ya keçməyə üstünlük verib. Onun üçün klub 7 milyon avro ödəyəcək. Bundan başqa, daha 3 milyon bonus şəklində ödənilə bilər.

Gələn həftə “Yurqorden”ə rəsmi təklif göndərilməlidir. Transfer imzalandıqdan sonra futbolçu yayda Kataloniya paytaxtına gələcək