Azərbaycan millisinin və "Qarabağ"ın hücumçusu Musa Qurbanlı Avropada gənc bombardirlər siyahısına başçılıq edir.

İqtisadiyyat.az "Euro Foot" nəşrinə istinadən xəbər verir ki, cari mövsüm "köhnə qitə" liqalarında 21 yaşadək oyunçular arasında ən çox qol vurmuş futbolçular bəlli olub. Siyahıda Musa Qurbanlı da yer alıb.

Gənc forvard 14 qolla Fransanın "Reyms" komandasının forvardı Folorin Baloqanla birlikdə 1-2-ci yerləri bölüşdürür. İlk "üç-lüy"ü "Benfika"dan Qonsalu Ramuş (12 qol) qapayır.