Azərbaycan millisinin və İsveç “Yurqorden”inin futbolçusu Musa Qurbanlı Polşa klubunun transfer siyahısına düşüb.

İqtisadiyyat.az Sportal.az-a istinadən xəbər verir ki, yüksək liqada mübarizə aparan “Yagelloniya” hücumçunu izləyir. Belostok təmsilçisi 21 yaşlı forvard üçün “Yurqorden”ə müraciət edəcək.

Bu mövsüm Polşa liqasında çempionluğa oynayan və hazırda ikinci yerdə qərarlaşan “Yagelloniya” qışda alınmasa belə, ən pis halda yayda yığmamızın üzvünü transferini reallaşdırmağı düşünür.

Qeyd edək ki, Musa Qurbanlı 2023-cü il iyulun 7-də “Yurqorden”ə keçib. Onun İsveç klubu ilə müqaviləsinin müddəti 2026-cı il iyunun 30-na qədər nəzərdə tutulub