Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. 

İqtisadiyyat.az xəbər verir ki, toplantıda Premyer Liqanın III turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib: 

“Kəpəz” – “Turan Tovuz” qarşılaşması bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Kəpəz” klubu 800 manat cərimə edilir (maddə 51.2);

“Kəpəz” – “Turan Tovuz” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə oyunun rəsmi şəxslərinin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Kəpəz” klubuna xəbərdarlıq edilir (maddə 43.7);

"Kəpəz” – “Turan Tovuz” oyununda “Mix” zona təşkil edilmədiyinə görə “Kəpəz” klubu 500 manat cərimə edilir (maddə 70.1);

“Kəpəz” – “Turan Tovuz” oyununda zonaların tələblərinə riayət edilmədiyinə görə “Kəpəz” klubu 500 manat cərimə edilir (maddə 51.8);

“Kəpəz” – “Turan Tovuz” oyununda “Turan Tovuz” azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə “Turan Tovuz” klubu 1500 manat cərimə edilir (maddə 52.2);

“Qarabağ” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Araz-Naxçıvan” klubu 700 manat cərimə edilir (maddə 37);

“Sabah” – “Neftçi” oyununda “Sabah” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Sabah” klubu 700 manat cərimə edilir (maddə 37);

“Sabah” – “Neftçi” oyununda “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Neftçi” klubu 700 manat cərimə edilir (maddə 37);

“Sabah” – “Neftçi” oyununda “Sabah” klubunun baş məşqçisi Murad Musayev oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanır, “Sabah” klubu 1000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 36.8; 32);

“Sabah” – “Neftçi” oyununda “Sabah” klubunun azarkeşləri tərəfindən oyunun rəsmi şəxslərinin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Sabah” klubuna xəbərdarlıq edilir (maddə 43.7);

“Sabah” – “Neftçi” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Neftçi” klubuna xəbərdarlıq edilir (maddə 43.7);