Ukraynada Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində 383 uşaq ölüb, 742 uşaq yaralanıb.

Bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat  xidməti məlumat yayıb.  

"Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 1125-dən çox uşaq xəsarət alıb. 383 uşaq ölüb, 742-dən çoxu müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - məlumatda deyilir.