“Müharibə əlili kimi təqaüd alan şəxslər müharibə veteranı statusuna görə təqaüd ala bilməz”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Müharibə əlillərinə Prezidentin aylıq təqaüdü (I dərəcə üçün 400 manat + qulluq edən şəxs üçün 80 manat, II dərəcə üçün 350, III dərəcə üçün 300 manat) ödənilir.

Nazirlik qeyd edir ki, qanunvericiliyə əsasən, bir şəxsin həm müharibə əlili, həm müharibə veteranı kimi təqaüd almaq hüququ yarandıqda, hüququ olan iki təqaüd növündən yalnız biri və yüksək məbləğdə olanı verilir.