Rusiya genişmiqyaslı müharibəyə başlayandan bəri Ukraynada siqaret çəkənlərin sayı demək olar ki, 5% artıb.

İqtisadiyyat.az "Unian"a istinadən xəbər verir ki, bu barədə ölkənin “Sağlam Təşəbbüslər” ictimai təşkilatını məlumat yayıb.  

Bildirilir ki, ümumiyyətlə siqaret çəkməyən ukraynalıların sayı 2021-ci ilin əvvəli ilə müqayisədə 4,7% azalaraq hazırda 68,8% təşkil edir. İki il əvvəl ölkə əhalisinin 73,5%-i tütündən istifadə etmirdi.