Türkiyənin Muğla vilayətinin Çayboyu rayonunda meşə yanğını baş verib. 

İqtisadiyyat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Muğla Meşə Regional Müdirliyinə bağlı 2 təyyarə, 3 helikopter və çoxlu su daşıyan texnika bölgəyə göndərilib.

Çayboyu rayonunda meşə sahəsində yaşanan yanğının səbəbi hələlik bilinmir. Küləyin təsiri ilə alov qısa müddətdə ətrafa yayılıb.

Təxminən bir hektar meşə sahəsi zərər görüb, yanğın qrupların müdaxiləsi ilə söndürülüb.