Azərbaycan Müdafiə Nazirliyi brifinq keçirib.

 Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin genişmiqyaslı təxribatı barədə ətraflı məlumat verib.

O bildirib ki, Ermənistanın təxribatlarına cavab olaraq əks tədbirlər lokal xarakter daşıyaraq atəş nöqtəsi olan legitim hərbi hədəflərə qarşı yönəlib: "Cavab tədbirləri kiçikmiqyaslı və hədəflənmiş xarakter daşıyaraq Azərbaycan sərhədlərinin təhlükəsizliyini təmin etmək və Ermənistanın təxribatlarına son qoymaq məqsədi daşıyır".

xxx

02:50

Bir neçə dəqiqə sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin brifinqi olacaq. 

Bu barədə Azərbaycan dövlət televiziyasının (AZTV) efirində qeyd olunub. 

Brifinq saat 02:00-a planlaşdırılıb. AZTV brifinqi canlı yayımlayacaq.