Müavinət, təqaüd və kompensasiyaların ödəniləcəyi tarix açıqlanıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən məlumat verilib.

Bildirilib ki, iyunun 23-də bütün müavinət, təqaüd və kompensasiyaların ödənilməsi nəzərdə tutulub.