Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar azad edilən ərazilərdə 54 seçki məntəqəsi fəaliyyət göstərəcək. 

İqtisadiyyat.az "Seçki 2024" Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu məntəqələrdən 34-ü daimi, 20-si isə müvəqqəti, yəni beş günlük məntəqələr olacaq.