Mərkəzi Seçki Komissiyasının (MSK) seçkilərlə bağlı həyata keçirdiyi maarifləndirmə tədbirləri başa çatıb.

İqtisadiyyat.az "Seçki 2024" Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

“Hazırda yalnız İctimai Televiziyanın efirində məlumatlandırma verilişi davam etdirilir” - deyə R.Qasımov qeyd edib.