İqtisadiyyat.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, indi bələdiyyələrin sayı əvvəlkindən 2 dəfə azdır: “Çalışacağıq ki, ilkin nəticələri elan etməkdə gecikməyək. Ümumilikdə bizə 20 gün vaxt veriləcək ki, daxil olan müraciətləri araşdıraq. Bələdiyyə seçkilərində qərar MSK səviyyəsində verilir və müraciətlər başa çatmış sayılır. Məsələni lazımsız yerə uzatmağa heç vaxt çalışmamışıq. 16096 nəfər bələdiyyə üzvü olmaq üçün namizəd var. Bu rəqəm dəyişməyib”.