Tikinti kimyəviləri istehsalçısı – “Mr.Fix” daha bir yeniliyə imza atdı. Belə ki, “Mr.Fix”, Türkiyənin qlobal “Sabancı Holding”nə daxil olan “Çimsa” dan əlavə, “Kardsa Group”un “Kratos” markasının da artıq ölkəmizdə rəsmi distributorudur. “Kratos” markası altında istehsal olunan sintetik liflərin və karbon fiber kompozit gücləndirmə sistemlərinin istifadə sahələri olduqca geniş və fərqlidir. Sintetik liflərdən tunel, zəmin betonlarında və sair xüsusi strateji layihələrin tikintisində geniş istifadə edilir. Karbon fiber kompozit gücləndirmə sistemlərindən isə mövcud bina və tikililərin zəifləmiş beton konstruksiyalarını gücləndirmək və binaların seysmik davamlığının artırılması üçün istifadə olunur.

“Mr.Fix”in təşkilatçılığı ilə ölkəyə yeni gətirilən markanın “Marriott  Baku Boulevard” hoteldə təqdimat mərasimi keçirilib. Tədbirdə FHN-nin nəzdində fəaliyyət göstərən Dadaşov İnstitutu, Bakı Metropoliteni QSC, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, ölkənin böyük sement istehsalçıları, iri beton istehsalçıları və digər böyük aparıcı tikinti şirkətləri, fərqli təşkilatlar və dövlət qurumları iştirak ediblər.

Tədbirin açılışını edən “Mr.Fix” in baş direktoru NəcməddinTaşbağ, Azərbaycanın müxtəlif şəhərlərində, eyni zamanda işğaldan azad olunan ərazilərdə Mr.Fix-in də iştirak etdiyi böyük layihələr haqqında məlumat verib və görülən işlərdən danışıb. NəcməddinTaşbağ eyni zamanda onlarla əməkdaşlıq edən şirkətlərə də dərin minnətdarlığını bildirib.

Daha sonra seminarda iştirak edən, “KORDSA TEKNİK TEKSTİL A.Ş.”nin satış və marketinq müdiri, inşaat mühəndisi Murat Yasa Kılınç və mədən mühəndisi Arda Bayraktaroğlu Azərbaycan sənayesinə öz töhfəsini verəcək yeni məhsulun tikintidə tətbiq qaydalarından, sahə üzrə olan yeniliklərindən bəhs edən təqdimatlar nümayiş etdiriblər.

Seminar zamanı, iştirakçıları maraqlandıran bütün suallar mütəxəssislər tərəfindən yerindəcə cavablandırıb, fikir mübadilələri aparılıb və iş-təcrübə imkanları müzakirə olunub.