Soyuq ayların gəlişi, fəsildən fəsilə keçid bir çox xəstəlikləri də özü ilə gətirir. Orqanizmi zəif olanların, immunitet çatışmazlığından əziyyət çəkənlərin və ən əsası uşaqların tez-tez yoluxduğu mövsümi xəstəliklər sürətlə yayılmaqdadır. Bəs, özümüzü və övladlarımızı bu tip xəstəliklərdən necə qoruyaq?

Mövzu ilə bağlı infeksionist, parazitoloq Arzu Eyyubova İqtisadiyyat.az-ın suallarını cavablandırıb:

“Hal-hazırda payız fəslidi. Bağçalarda, məktəblərdə aktiv dərslər keçirilir. Buna görədə uşaqlar biz ilə təmasda olurlar. Həm də koronavirusun da təsirini nəzərə alaraq imunitet zəyifliyi müşahidə olunur. Bu aylarda daha çox öskürək, ürək bulanma və bir neçə gün ərzində 38 dərəcə hərarət ola bilər. Valideyinlərə tövsiyyəm budur ki, uşaqların tez-tez əllərini yusunlar,məktəbdən gələndən sonra məktəbli formasını dəyişib, yuyunub qidanı elə qəbul etsinlər. Yaxşı qidalanma başlıca amildir.Əsasən bal və meyvələrdən istifadə olunmalıdır ki, imunitet güclənsin”.

Məhəbbət Məmmədov