İtaliya "Roma"sından qovulan Joze Mourinyo milli komandaya rəhbərlik etmək istəyir.

İqtisadiyyat.az xəbər verir ki, portuqaliyalı mütəxəssis yayda məşqçilik fəaliyyətini bərpa etmək niyyətindədir.

“Mənim Portuqaliya millisinə iki dəfə rəhbərlik etmək imkanım olub. İlk dəfə, mən “Real Madrid”i çalışdırarkən baş verə bilərdi, amma Florentino Peres buna icazə vermədi. Keçən yay “Roma”dan qovulmazdan bir neçə ay əvvəl ikinci dəfə belə fürsət yaranmışdı. Amma peşman deyiləm.

Milli komandanı çalışdırmaq mənim məqsədimdir. DÇ, Avro-2024 və ya Amerika Kuboku, Afrika Kuboku öncəsi komanda qəbul etmək olar. Görürsünüz ki, iki il gözləmək fikrim yoxdur” deyə Mourinyo bildirib.

Mourinyo məşqçilik karyerası ərzində “Benfika”, “Leiriya”, “Portu”, “İnter”, “Real Madrid”, “Çelsi”, “Mançester Yunayted”, “Tottenhem”, “Roma” klublarına rəhbərlik edib.