Artıq Bakıda motosiklet və moped həvəskarları üçün yeni “showroom” fəaliyyətə başlayıb.

Motoverse adı altında fəaliyyətə başlayan mağazanın açılışı ötən həftə baş tutub.

Baku Electronics tərəfindən sizin xidmətinizə verilən yeni Motoverse-də motosiklet, skuter və moped həvəskarları üçün bir çox tanınmış brendlərə məxsus model və aksesuar sizi gözləyir.

Motoverse – həyatın kefini sür

Xatırladaq ki, mağazanın təntənəli açılış mərasimində şirkət rəsmiləri, partnyorlar və xüsusi qonaqlar iştirak edib.

Qapalı açılış tədbirinə moto həvəskarları qoşularaq maraqlı motoşou ilə tədbiri daha da yaddaqalan ediblər. Bundan əlavə açılıda əyləncəli konsert proqramı, DJ, müsabiqələr və maraqlı lazer şou da göstərilmişdir.

Motoverse nədir?

Motoverse həyəcan və smart həyat sevənlər üçün xüsusi bir məkandır. “Baku Electronics”ə məxsus olan Motoverse əsasən 3 istiqamət üzrə fəaliyyət göstərir:

1) Satış 

2) Təlim mərkəzi

3) Servis mərkəzi

10-dan çox dünya brendinin müxtəlif motosiklet, moped, skuter və velosiped modellərini burada tapa bilərsiniz. Doğan Trend vasitəsilə Vespa, Aprilia, Motoguzzi brendlərinin, Kuralkan vasitəsilə isə Bajaj və Kanuni brendlərinin rəsmi ditribüterliyini edir. 

Bundan əlavə olaraq, müxtəlif kaska və geyim aksesuarları da satışdadır.

Qeyd edək ki, “Motoverse”də həm də Təlim mərkəzi var.

Mərkəzə gələrək siz motosiklet və moped sürmə ilə bağlı təlimlər, məşqlər keçərək qısa müddətdə tam sərbəst olaraq 2 təkərli nəqliyyat vasitələrini idarə edə bilərsiniz. Təlim dərsləri sırf peşəkar təlimçilər tərəfindən keçirilir.

“Motoverse”də həmçinin servis mərkəzi də fəaliyyət göstərir.

Buraya təmirə ehtiyacı olan motosiklet, moped, skuter və velosipedlərinizi gətirərək tez bir müddətdə problemsiz formada təhvil ala bilərsiniz.

“Motoverse”ün 1000 m²-dən böyük, xüsusi zövqlə bəzədilmiş “showroom”-u məhz motosiklet, skuter və moped həvəskarları üçün hazırlanıb. Xüsusi dizayn elementləri və istirahət zonası ilə Motoverse Qafqazın ən böyük motosiklet “showroom”larından biri hesab edilir.

Eyni zamanda xüsusi nəqliyyat vasitələri sevənlərə daha bir yenilik gözləyir. Belə ki,  yuxarıdakı nəqliyyat vsaitələrindən istifadə edənlər üçün xüsusi geyim və aksesuarlar təklif edən LS2, SHIMA, Vexo, Prohel, MT Helmets və s. brendləri  də “Motoverse”də sərgilənməkdədir.

Yeniliklər bununla bitmir!

Arzuladığınız  motosiklet, moped, velosiped və ya skuteri almaq daha asan olacaq! Çünki nağd alışda xüsusi endirimlər mövcuddur.

"Nağd yox, kreditlə almaq istəyirəm" deyənlərə isə, Vespa modellərini 12 ay, Kanuni modellərini 6 ay, bütün geyim aksesuarlarını isə 15 ay ilkin ödənişsiz və faizsiz hissəli ödənişlə əldə etmək imkanı təklif edilir.

Motosiklet alanlara isə KASKA hədiyyə olunur.

Və nəhayət, kreditlə alışlarda isə indi al, 3 ay sonra ödə kampaniyası motosevərləri gözləyir.
Bir sözlə, Motoverse  hamı həyatın kefini sürsün deyə əlindən gələni edir.

Ünvan: Babək Prospekti 61 C.

Facebook - https://www.facebook.com/motoverse.az/

Instagram - https://www.instagram.com/motoverse.az/ 

 

DSC00941(1).jpgDSC01044(1).jpg

DSC01098.jpgDSC01106.jpgDSC01162.jpg

DSC01217.jpgDSC01224.jpgDSC01230.jpgDSC01248.jpgDSC01217%20(1).jpg

DSC01260.jpgDSC01275.jpgDSC01288.jpgDSC01344.jpgDSC01379.jpgDSC01380.jpgDSC01496.jpgDSC01511.jpgDSC01522.jpg