Moskvadan Qazaxıstanın Aktau şəhərinə uçan “Sukhoi Superjet” sərnişin təyyarəsi Samara hava limanında məcburi eniş edib.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar nazirliyindən bildirilib.

İlkin məlumatlara görə, təyyarənin göyərtəsində ştatdankənar vəziyyət yaranıb.