Rusiyanın paytaxtı Moskvada "Crocus City Hall" konsert zalında törədilən terror aktı ilə bağlı saxlanılanların sayı 9-a yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, Rusiyanın Basmannıy Rayon Məhkəməsində martın 22-də axşam saatlarında baş vermiş terror aktı ilə bağlı saxlanılan şübhəlilərdən biri hakim qarşısına çıxarılıb.

Teraktda iştirak etməkdə təqsirləndirilən Tacikistan əsilli Nəzrimad Lütfülloinin mayın 22-dək həbsdə saxlanmasına qərar verilib.

Bildirilib ki, Lütfülloi terror aktının ertəsi günü "Crocus City Hall" yaxınlığında şəxsiyyəti yoxlama zamanı polisə müqavimət göstərdikdən sonra tutulub.

Məhkəmə hücumu bilavasitə həyata keçirən şübhəlilər arasında olan Tacikistan vətəndaşları Dalercon Mirzoyev, Saidakram Murodali Rachabalizoda, Fariduni Shamsidin və Muhammadsobir Fayzov və digər şübhəlilər, Aminçon və Dilovar İslamov qardaşları və onların atası İsrail İslamov və Rusiya vətəndaşı Əlişirə hökm verib. Qırğızıstan əsilli Kasımov mayın 22-dək saxlanılıb. Onun həbsdə qalmasına qərar verilib.