Moskvada partlayış təhlükəsi ilə əlaqədar olaraq "Crocus City Hall"dakı terror aktının qurbanlarının da müalicə olunduğu xəstəxanadan 700 nəfər təxliyə edilib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.

Qeyd olunur ki, mümkün partlayışla bağlı məktub Piroqov adına Milli Tibbi-Cərrahiyyə Mərkəzinin poçt şöbəsinə göndərilib.  Məktubda söhbət tibb müəssisəsinin bir neçə mərtəbəsində dörd kürək çantasında yerləşdirilən 40 dəqiqəlik taymerli fosforlu əldəqayırma partlayıcı qurğulardan gedirdi. İnsanlar binadan çıxarılıb. 

Hadisə yerinə təcili əməliyyat qrupları gedib.