Son sutka ərzində Rusiyanın paytaxtı Moskvada pnevmoniya diaqnozunun qoyulduğu və koronavirus testinin müsbət olduğu 9 pasiyent ölüb.
"Report" xəbər verir ki, bu barədə Rusiyanın Koronavirusla Mübarizə üzrə Operativ Qərargahı məlumat yayıb.
Bildirilib ki, bununla da paytaxtda koronavirus qurbanlarının sayı 4 398 nəfərə çatıb.