Moskvanın şimal-qərbində yerləşən “Şuka” ticarət mərkəzində bomba təhlükəsi siqnalı verilib və ticarət mərkəzi boşaldılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Şuka” ticarət mərkəzi partlayış təhlükəsi ilə əlaqədar boşaldılıb, insanlar mərkəzdən təxliyə edilib. Hadisə yerinə çox sayda polis və kinoloqlar cəlb edilib”, - agentlik bildirib.

Qeyd edilib ki, yaxınlıqdakı ərazi də yoxlanılır.