“Aeroflot” Hava Yolları yanvarın 10-dan Moskva ilə Nur-Sultan arasında uçuşları bərpa edəcək.

Bu barədə Rusiya aviadaşıyıcı xəbər verib.

“Aeroflot” bundan əvvəl yanvarın 9-na planlaşdırılan Moskva – Nur-Sultan – Moskva reyslərini yerinə yetirəcək. Növbəti uçuşlar hər gün həyata keçiriləcək.

Bundan əlavə, “Aeroflot” yanvarın 10-dan Qazaxıstana aviabilet satışını bərpa edəcək.