Amerika bankı  "Morgan Stanley " bu ilin dördüncü rübü üçün "Brent" markalı neftin qiyməti ilə bağlı proqnozunu bir barel üçün 85 dollardan 80 dollara endirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "MarketWatch" məlumat yayıb.

Bank gələn ilin dördüncü rübü üçün neftin bir barelinin qiyməti ilə bağlı proqnozunu isə 76 dollardan 75 dollara endirib.

Bankın analitiklərinin fikrincə, cari rübün sonuna qədər neft bazarında tələb təklifi üstələsə də, dördüncü rübdə yenidən tarazlıq vəziyyətinə düşəcək, gələn il isə təklif həddindən artıq olacaq.

 

Gözəl Həşimova