"Moodys" beynəlxalq reytinq agentliyi ABŞ-nin kredit reytinqini "AAA" olaraq təsdiqləyib və reytinq proqnozunu "sabit"dən "neqativ"ə dəyişib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
Proqnozun "neqativ"ə dəyişdirilməsinin əsas səbəbi ABŞ-nin maliyyə gücünə mənfi yönlü risklərin artmasıdır.
Bəyanatda vurğulanıb ki, yüksək faiz dərəcələri şəraitində dövlət xərclərini azaltmaq və ya gəlirləri artırmaq üçün effektiv fiskal siyasət tədbirləri görülməsə, ABŞ-nin fiskal kəsirləri böyük olaraq qalacaq və bu, borcların ödənilməsi imkanlarını zəiflədəcək.
ABŞ-nin kredit reytinqinin "AAA" olaraq təsdiqlənməsi isə ölkənin kredit gücünü qorumağa davam etdiyini əks etdirir.
Gözəl Həşimova