Moldovanın enerji sistemində fövqəladə vəziyyət yaranıb.

Bu barədə ölkənin enerji bazarının ən böyük operatorlarından biri olan “Premier Energy”  Telegram kanalında məlumat verib.

Məlumata görə, Kişinyovda mobil rabitə və internetin işində fasilələr var, trolleybusların hərəkəti dayanıb.

Yalnız Moldova hökumətinin binasında elektrik enerjisi var. Səlahiyyətlilər ölkədə elektrik enerjisinin verilməsinin bərpası istiqamətində işlərin aparıldığını açıqlayıb, vətəndaşlardan anlayış göstərmələri xahiş olunur. Bağlantının kəsilməsi Moldova operatorundan asılı olmayan şəraitə görə baş verib.