2022-ci ilin dekabrında Moldova təbii qaz istehlakını illik hesablamada 42,2 faiz azaldaraq 101,8 milyon kubmetrə çatdıra bilib.

Bu barədə yerli enerji şirkəti “Moldovaqaz” öz saytında məlumat yayıb.

İlin sonuna qaz ödənişlərinin sayı da artıb, istehlakçılar hesablanmış məbləğin 99,1 faizini ödəyiblər. Şirkətlərdən ödənişlərin payı 99 faiz təşkil edib ki, bu da 2021-ci ilin eyni ayına ekvivalentdir. Bununla yanaşı, noyabr ayı ilə müqayisədə qaza tələbat, əksinə, təxminən 61,3 faiz və ya 38,7 milyon kubmetr artıb.

Moldova qazın böyük hissəsini Rusiyadan idxal edir, lakin 30 sentyabr 2021- ci ildə Moldova ilə Qazprom arasında tədarük müqaviləsi başa çatıb . Bundan sonra ölkə qaz böhranı ilə üzləşdi, yanacaq çatışmazlığı səbəbindən hakimiyyət fövqəladə vəziyyət tətbiq etməyə məcbur oldu. 2021-ci ilin oktyabrında Moldova holdinq qarşısında borcunun olmasına baxmayaraq, qaz tədarükü üzrə müqavilənin uzadılması ilə bağlı Qazprom ilə razılaşa bildi.