İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Moldova 1" ictimai televiziya kanalının direktoru Korneliu Durnesku keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu qərər mövcud vəziyyətin, eləcə də iqtisadi, inzibati və bədii problemlərin ətraflı təhlilindən sonra qəbul olunub.
Bildirilib ki, "Moldova 1" bu il "Eurovision"da iştirak üçün nəzərdə tutulan resursları digər layihələrə yenidən bölüşdürəcək. Müsabiqədə iştirakdan imtina etməsinə baxmayaraq, "Moldova 1" bu il İsveçrədə keçiriləcək iki yarımfinal və finalı canlı yayımlayacaq.
Qeyd edək ki, "Eurovision" bu il İsveçrədə keçiriləcək.
Gözəl Həşimova