"Yuventus"un hücumçusu Moise Kean hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən Kristiano Ronaldunun Turin təmsilçisində top qovduğu dönəmdə ona necə motivasiya verdiyini açıqlayıb.

İqtisadiyyat.Az-ın məlumatına görə, "Corriere dello Sport" Keanin dediklərini belə çatdırıb:

"Kristiano mənim futbolçu kimi böyüməyimə yardımçı olub. Meydanda bütün gücümlə mübarizə aparmayanda, hətta matçın bir neçə dəqiqəsində biveclik edəndə məni oyuna qaytarırdı.

"Everton"? Orada Kalvert-Lyüin və Richarlison var idi. Bu səbəbdən heyətə düşmək çətin oldu. İngiltərə klubunda 19 yaşımda olmuşamsa, məni çıxışım parlaq alınmadığı üçün günahlandırmaq üçün ciddi səbəb tapmaq çətindir".