Azərbaycanın Türkiyə ilə birgə modernizasiya edəcəyi Su-25 ML hücum təyyarələri "Laçın" adlanacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə iyulun 29-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə və idarə rəisləri, həmçinin hərbi birlik komandirlərinin iştirakı ilə keçirilən xidməti müşavirədə məlumat verilib.