İqtisadiyyat.az xəbər verir ki, yığıncaq iyunun 29-na təyin olunub.
İclasın gündəliyinə ötən ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına aid idarə heyyətinin, maliyyə təsərrüfat - fəaliyyətinin təftişinə dair maliyyə-təftiş komissiyasının, maliyyə-təsərrüfat ilinin yekunlarına dair müşahidə şurasının hesabatı, cəmiyyətin illik hesabatlarının və balansının təsdiqi və cəmiyyətin illik mənfəətinin bölüşdürülməsi məsələləri daxil edilib.
Qeyd edək ki, “Moda” ASC 1997-ci ildə dğvlət qeydiyyatına alınıb. 12382 manat nizamnamə kapitalına malik şirkətin qanuni təmsilçisi Nuriyev Emin Əfqan oğludur.