Noyabrın 24-ü saat 21:30-dan 22:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir.

Bu barədə İqtisadiyyat.az-a Müdafiə Nazirliyindən bildirilib.

"Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - qeyd olunub.