Milli Məclisin Elm və təhsil komitəsinin yaz sessiyasının iş planına “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması məsələsi daxil edilib.

Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

O bildirib ki, fevralın sonu - martın əvvəlində komitənin genişləndirilmiş iclası keçiriləcək:

“İclasa Elm və Təhsil Nazirliyinin əməkdaşları da dəvət olunacaq. Nəzərdə tutulub ki, bu sessiya müddətində “Ali təhsil haqqında” qanun layihəsi I oxunuşda parlamentin plenar iclasına tövsiyə olunsun”.