Son oyun günündə bir qarşılaşma baş tutub.
İqtisadiyyat.az xəbər verir ki, "Qarabağ" "Səbail"lə üz-üzə gəlib.
Matç Ağdam təmsilçisinin 5-0 hesablı qələbəsi ilə başa çatıb.
"Qarabağ"ın yeni transferi Kadi Borqes bu matçda bir qol və bir assistlə yadda qalıb.
Misli Premyer Liqası
22-ci tur
11 fevral
19:00 Qarabağ – Səbail 5:0
Qollar: Y.Benzia, 76, L.Andrade, 80, 85, K.Borges, 88, N.Axundzadə, 90+3
Baş hakim: Elçin Məsiyev
Tofiq Bəhramov adına Respublika stadionu