Bu gün Azərbaycan Premyer Liqasında 27-ci tura yekun vurulacaq.

İqtisadiyyat.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk qarşılaşmasında "Səbail" "Neftçi"ni qonaq edəcək.

Turun qapanış matçı isə Tovuzda olacaq. "Turan Tovuz" "Sumqayıt"la qarşılaşacaq.

Misli Premyer Liqası

27-ci tur

16 mart

16:00 Səbail – Neftçi

Baş hakim: Elçin Məsiyev

“ASCO Arena”

18:30 Turan Tovuz – Sumqayıt

Baş hakim: Əliyar Ağayev

Tovuz şəhər stadionu