Misirin paytaxtı Qahirədə qum fırtınası baş verib.

İqtisadiyyat.az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Dünya ticarətinin təxminən 12 faizinin həyata keçirildiyi Süveyş kanalında şiddətli tufan və 4 metri keçən dalğalar səbəbindən 2 liman bağlanıb.