Özbəkistanın Səmərqənd şəhərində Ermənistan və Rusiya XİN rəhbərləri Ararat Mirzoyan və Sergey Lavrov arasında görüş baş tutub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. Məlumata görə, ikitərəfli görüş MDB Xarici İşlər Nazirləri Şurasının iclası zamanı ayrıca təşkil olunub.

Nazirlər arasında aparılan danışıqların təfərrüatları hələlik açıqlanmayıb.