Mircəlil Qasımlı: Şuşa Bəyannaməsi ortaq strateji hədəflərin, təşəbbüslərin reallaşması üçün geniş imkanlar açır

Zamanın sınağından çıxmış, dərin tarixi köklərə və ortaq dəyərlərə əsaslanan Azərbaycan-Türkiyə münasibətləri uzun illər ərzində birgə maraqlar, həmrəylik, qardaşlıq əlaqələri fonunda formalaşıb. Azərbaycan və Türkiyə prezidentlərinin birgə səyləri ilə qardaş ölkələrimiz arasında əlaqələr son illər ərzində bütün istiqamətlərdə sürətlə inkişaf edərək müasir dövrün çağırışlarına cavab verən sistemli əməkdaşlığa çevrilib. 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə ilə isə bu əlaqələr inkişafın yeni mərhələsinə qədəm qoydu.
Xəbərlər yüklənir...









